Futbol üzrə Azərbaycan Kubokunun finalı Gəncədə keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu qərar bu gün AFFA-nın Klub komitəsinin iclasında qəbul edilib. Qərarı AFFA-nın İcra komitəsi təsdiqləməlidir.
May ayının 25-də, finalın keçiriləcəyi gün stadionun tam hazır olması üçün Gəncə stadionunda təmir işlərinin aparılması gözlənilir.
F.H.
www.oxu.az