Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Globe Soccer Awards" 2024-cü ilin ən yaxşı klubu adına namizədlərin siyahısını açıqlayıb
"Globe Soccer Awards" 2024-cü ilin ən yaxşı klubu adına namizədləri açıqlayıb.
Oxu.Az xəbər verir ki, siyahıda 12 komanda yer alır:
"Əl-Əhli" (Səudiyyə Ərəbistanı), "Əl-Ayn" (BƏƏ), "Atalanta" (İtaliya), "Atletiko Mineyro" (Braziliya), "Bayer" (Almaniya), "Botafoqo" (Braziliya), "İnter" (İtaliya), "Mançester Siti" (İngiltərə), "Olimpiakos" (Yunanıstan), PSJ (Fransa), "Real Madrid" (İspaniya) və "Sportinq" (Portuqaliya).
2023-cü ildə "Mançester Siti" "Globe Soccer Awards" tərəfindən "İlin ən yaxşı klubu" adına layiq görülüb.
"Globe Soccer Awards" 2024-cü ilin ən yaxşı məşqçisi adına namizədlərin siyahısını açıqlayıb.
Oxu.Az xəbər verir ki, siyahıda 9 mütəxəssisin adı var.
Məşqçilərdən beşi İspaniyanı təmsil edir:
Xabi Alonso ("Bayer Leverkuzen"), Karlo Ançelotti ("Real Madrid"), Mikel Arteta ("Arsenal"), Luis Enrike (PSJ), Luis de la Fuente (İspaniya millisi), Can Pyero Qasperini ("Atalanta"), Xosep Qvardiola ("Mançester Siti"), Simone İnzagi ("İnter"), Lionel Skaloni (Argentina millisi).
Artıq "Globe Soccer Awards"ın rəsmi saytında səsvermə start götürüb. Səsvermənin nəticələrinə əsasən, finalçılar müəyyənləşəcək. Mükafatlandırma mərasimi dekabrın 27-də Dubayda baş tutacaq.
Qeyd edək ki, ötən il bu mükafat Qvardiolaya təqdim edilmişdi.
"Xabi Alonso" teqi üzrə xəbərlər
- Dünyanın ən yaxşı gənc məşqçisi bəlli oldu
- Xabi Alonso XXI əsrin Bundesliqa məşqçiləri arasında rekord qırdı
- Xabi Alonso rekordun bir addımlığındadır
- "Real Madrid"in əsas heyətinə düşə bilməyən Arda Güler Almaniya çempionuna keçə bilər
- İlin ən yaxşı klub baş məşqçisi mükafatına namizədlər bəlli olub