Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Haber Global: "COP29-a böyük maraq var"
Bakıda keçirilən COP29-da yüksək səviyyəli iştirak və tədbirə maraq diqqəti cəlb edir.
Oxu.Az xəbər verir ki, bu fikirlər Türkiyənin "Haber Global" telekanalının paytaxtımızdakı qlobal əhəmiyyətli tədbirdən hazırladığı növbəti reportajda yer alır.
"Sammit həm də "Maliyyə COP-u" adlanır. Çünki konfransın əsas gündəliyi xüsusilə həssas ölkələr üçün iqlim dəyişikliyi ilə mübarizə məqsədilə lazımi maliyyənin necə təmin edilməsidir. Ekspertlərin fikrincə, inkişaf etməkdə olan ölkələrin hər il orta hesabla 1 trilyon dollar resursa ehtiyacı var", - deyə reportajda bildirilir.
Qeyd olunur ki, Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının COP29 Konfransına böyük maraq var.
"Tədbiri müxtəlif ölkələrdən üç min jurnalist izləyir. 169 ölkədən 72 min insanın iştirak etdiyi tədbir Bakı Olimpiya Stadionu və onun ətrafında yaradılmış müvəqqəti ərazilərdə keçirilir. Giriş hissəsindən iclas otağına qədər uzanan dəhlizlərdə Azərbaycan Tarixi Muzeyinin inventarında olan ölkə tarixinə aid əşyalar sərgilənir.
Xüsusilə iqlim dəyişikliyi ilə mübarizədə ölkələrin həll yollarının izah edildiyi pavilyonlar ziyarətçilərlə doludur. İqlim fəalları bannerlər açaraq problemlərə diqqət çəkirlər.
Mütəxəssislərin fikrincə, Çindən başqa digər inkişaf etməkdə olan ölkələr yaşıl enerjiyə keçid və ekstremal hava şəraitindən qorunmaq üçün ildə ən azı 1 trilyon dollara ehtiyac duyurlar. 15 il əvvəl Kopenhagendə keçirilən COP Sammitində zəngin ölkələrin 2020-ci ildən başlayaraq hər il iqlim maliyyəsi üçün 100 milyard dollar ödəyəcəkləri razılaşdırılıb. İnkişaf etməkdə olan ölkələr bu öhdəliyin böyük ölçüdə yerinə yetirilmədiyini deyirlər", - Haber Global bildirir.
Daha ətraflı telekanalın videomaterialında:
"COP29" teqi üzrə xəbərlər
- "Bolt Business": Azərbaycanda korporativ səfərləri yeni səviyyəyə qaldırır
- "ACWA Power" 2024-cü ilin "Fəal Xarici Şirkəti" adına layiq görülüb
- Azərbaycanın beynəlxalq mövqeyi necə gücləndi? - Xarici siyasətdəki uğurların səbəbi
- Prezident Arzu Əliyevanı təltif edib
- Prezident Leyla Əliyevanı təltif edib