Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan güləşçisi U-17 Avropa çempionatının finalına yüksəlib
Azərbaycan güləşçisi Rihad İbrahimli Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatının finalına yüksəlib.
Bu barədə Oxu.Az-a Güləş Federasiyasının Mətbuat Xidmətindən məlumat verilib.
İlk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Qurban Məcnunov (48 kq) debütdə macarıstanlı Qerqo Zatko (11:2) üzərində inamlı qələbə qazanıb. Daha sonra türkiyəli Barış Soylunu 6:1 hesabı ilə üstələyən 15 yaşlı güləşçimiz yarımfinala yüksəlib. Finalın bir addımlığında ermənistanlı Martin Manjikyanla gərgin mübarizə şəraitində keçən qarşılaşmada xalların keyfiyyətinə görə (6:6) məğlub olan Məcnunov sabah bürünc medal uğrunda görüşdə yunanıstanlı Nikolaos Zinisa ilə güləşəcək.
Ayxan Əsədli (55 kq) belaruslu Aleksandr Beliakova 6:3 hesabı ilə qalib gəlsə də, 1/4 finalda rusiyalı Danil Lojkinə "tuş"la uduzub.
Ramil Musayev (65 kq) italiyalı Alessio Arankionun kürəyini xalçaya sıxıb, vaxtından əvvəl qələbəni bayram etsə də, 1/8 finalda belaruslu Vladislav Salavyova məğlub olub - 3:5.
Nicat Yeylaqaliyev (80 kq) çexiyalı Jaçim Jaburek (8:0) üzərində inamlı qələbənin davamını yunanıstanlı Stefanos Vasdekislə görüşdə gətirib - 6:1. Gürcüstanlı Giorgi Ormotsadzeyə (9:0) də heç bir şans tanımayan Nicat yarımfinalda litvalı Benediktas Bubeleviçyusa sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub. Yeylaqaliyev sabah üçüncü yer uğrunda görüşdə ya Danilo Aksentiyeviç (Serbiya), ya Olivers İrklis (Latviya), ya da Yens Abrahamssonla (İsveç) üz-üzə gələcək.
Rihad İbrahimli (110 kq) startda belaruslu Matvey Silişə (5:1), ardınca isə polşalı Mateuş Tomelkaya (11:2) qalib gəlib. Yarımfinalda ukraynalı Anatoli Novaçenkodan (4:1) güclü olan İbrahimli adını finala yazdırıb. Rihad sabah həlledici qarşılaşmada bolqarıstanlı Denis Lazarovla mübarizə aparacaq.
Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatı start götürüb.
Oxu.Az xəbər verir ki, iyunun 15-də başa çatacaq birinciliyin ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
Xalçaya çıxan Azərbaycan millisinin beş idmançısından üçü yarımfinala vəsiqə qazanıb.
4️8️ kq çəki dərəcəsində mübarizə aparan Qurban Məcnunov debütdə macarıstanlı Qerqo Zatkoya (11:2) və türkiyəli Barış Soyluya (6:1) qalib gələrək yarımfinala yüksəlib. Onun yarımfinaldakı rəqibi erməni Martin Manjikyan olacaq.
5️5️ kq çəkidə mübarizə aparan Ayxan Əsədli belaruslu Aleksandr Beliakova 6:3 hesabıyla qalib gəlsə də, 1/4 finalda rusiyalı Danil Lojkinə "tuş"la məğlub olub.
6️5️ kq çəki dərəcəsində mübarizə aparan Ramil Musayev italiyalı Alessio Arankioya "tuş"la qalib gələrək 1/8 finala yüksəlib. Ancaq bu mərhələdə belaruslu Vladislav Salavyova 3:5 hesabıyla məğlub olub.
Nicat Yeylaqaliyev (8️0️ kq çəki dərəcəsində) çexiyalı Jaçim Jaburekə (8:0), yunanıstanlı Stefanos Vasdekisə (6:1) və gürcüstanlı Giorgi Ormotsadzeyə (9:0) qalib gələrək yarımfinala yüksəlib. Güləşçimiz yarımfinalda litvalı Benediktas Bubeleviçyusla qarşılaşacaq.
1️1️0️ kq çəki dərəcəsində mübarizə aparan Rihad İbrahimli belaruslu Matvey Silişə (5:1) və polşalı Mateuş Tomelkaya (11:2) qalib gələrək yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda ukraynalı Anatoli Novaçenkoyla üz-üzə gələcək.
Yarımfinal görüşləri Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatında I dərəcəli hakim Vüqar Şükürov ədaləti qoruyur.
Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatı start götürəcək.
Oxu.Az xəbər verir ki, iyunun 15-də başa çatacaq birinciliyin ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.
Komandamızın heyətində startda xalçaya Qurban Məcnunov (48 kq), Ayxan Əsədli (55 kq), Ramil Musayev (65 kq), Nicat Yeylaqaliyev (80 kq) və Rihad İbrahimli (110 kq) çıxacaqlar.
Qeyd edək ki, Avropa çempionatında ədaləti qoruyan hakimlərin sırasında I dərəcəli hakim Vüqar Şükürov da var.
"Güləş üzrə Avropa çempionatı" teqi üzrə xəbərlər
- Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək Avropa çempionu oldu
- Mikayıl Cabbarov: "Azərbaycan güləşi dünyanın ən böyük arenalarında sözünü deməyə qadirdir"
- Avropa çempionatı: Azərbaycanın üç güləşçisi qızıl medal uğrunda yarışacaq
- Güləş üzrə Avropa çempionatı: Ruzanna Məmmədova məğlub oldu
- Avropa çempionatı: Azərbaycan güləşçisi gümüş medala sahib çıxıb