Güləş üzrə Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə 97 kiloqram çəki dərəcəsində final qarşılaşması baş tutub.
Oxu.Az xəbər verir ki, "Neftçi" İdman Klubunun güləşçiləri Məhəmməd və Murad Əhmədiyev qardaşları finalda üz-üzə gəliblər.
Qarşılaşma Murad Əhmədiyevin qələbəsi ilə başa çatıb. 3:1 hesabı ilə qələbə qazanan Murad Əhmədiyev qızıl medalın sahibi olub.
Qeyd edək ki, yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatına yanvarın 11-də yekun vurulacaq. İlk üçlükdə yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcəklər.
Murad Nəsimi
Güləş üzrə Azərbaycan çempionatında maraqlı final qarşılaşması olacaq.
Oxu.Az xəbər verir ki, "Neftçi" İdman Klubunun güləşçiləri Məhəmməd və Murad Əhmədiyev qardaşları yunan-Roma güləşi üzrə yarışda 97 kiloqram çəkidə finala vəsiqə qazanıblar.
Onlar bu gün keçirilən final qarşılaşmasında üz-üzə gələcəklər.
97 kq
Məhəmməd Əhmədiyev ("Neftçi") - Murad Əhmədiyev ("Neftçi")
