Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Güləşçilərimiz ilin ilk beynəlxalq turnirində mübarizə aparacaq
Güləşçilərimiz 2019-cu ildə beynəlxalq yarışlara start verir.
Oxu.Az xəbər verir ki, pəhləvanlarımız üçün ilk belə turnir yanvarın 24-25-də İranın Əndimeşk şəhərində keçiriləcək yunan-Roma güləşi üzrə “Təxti kuboku” olacaq.
Ənənəvi yarışda ölkəmizi yığmamızın böyük məşqçisi Rövşən Bayramov və məşqçi Emin Əhmədovun rəhbərliyi altında Ziyad Zeynalov (-55 kq), Murad Bazarov, Mikayıl Rəhimov (hər ikisi -60 kq), Zaur Nuriyev (-63 kq), Kərim Cəfərov (-67 kq), Azad Əliyev (-72 kq), Nəsir Həsənov (-77 kq), Elməddin Ramazanov, Eltun Vəzirzadə (hər ikisi -82 kq) və Arif Niftullayev (-97 kq) təmsil edəcək.
Qeyd edək ki, III dərəcəli beynəlxalq hakimimiz Elgün Məmmədov turnirdə ədaləti qoruyacaq. Bu ildən güləşçilərin nəticələrinin onların reytinqinə hesablanacağı bu ənənəvi turnirdə meydan sahibi İran və Azərbaycandan başqa, Çin, Qazaxıstan, Xorvatiya, Serbiya, Ermənistan, Fələstin, Gürcüstan və Misir idmançıları da iştirak edəcək.
"Çin" teqi üzrə xəbərlər
- Çində idmançı-həkim rəqibini xəstəxanalıq etdi
- Çinli qadın hər bürcdə bir uşaq dünyaya gətirir
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
- Çində bıçaqlı hücum: 8 nəfər ölüb, 17 nəfər yaralanıb
- Çində kişi avtomobili insanların üzərinə sürdü: 30-dan çox ölən, 43 nəfər yaralanan var
Rəylər