Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Güləşçimiz erməni rəqibini məğlub edərək, olimpiadaya lisenziya qazanıb - YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycan yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatında finala yüksəlib.
Oxu.Az xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançımız yarımfinalda ermənistanlı Slavik Qalstyandan güclü olub.
Rəqibini 5:3 hesabı ilə məğlub edən H.Cəfərov həlledici görüşə vəsiqə qazanıb.
Bununla o, gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına da vəsiqə qazanıb.
Digər yunan-Roma güləşçimiz Murad Məmmədov da finala yüksəlib. 63 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda yerli Giorgi Tibilovla üz-üzə gəlib. O, rəqibinə 4:1 hesabı ilə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb.
Hər iki final qarşılaşması sabah keçiriləcək.
17:38
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında (DÇ) yarımfinala yüksəlib.
Oxu.Az xəbər verir ki, 67 kq-da Həsrət Cəfərov uğurlu çıxış edib. O, ilk görüşdə Edson Qutyerresdən (Meksika) üstün olub - 8:0. H.Cəfərov 1/8 finalda macar İştvan Vançı 5:1 hesabı ilə üstələyib. 1/4 finalda onun rəqibi iranlı olimpiya çempionu Məhəmmədrza Geraini olub. Cəfərov güclü rəqibinə heç bir şans verməyib. 10:0 hesabı ilə vaxtından əvvəl qələbə qazanan 20 yaşlı idmançımız yarımfinala adlayıb.
87 kq-da İslam Abbasov isə erkən dayanıb. İlk görüşdə moldovalı Viorel Burduya 5:1 qalib gələn idmançı 1/16 finalda Bəşir Sid Azardan güclü olub. Hesab 1:1 olsa da, güləşçimiz əlavə göstəricilərə görə mərhələ keçib. Lakin o, 1/8 finalda David Losonçiyə (Macarıstan) uduzub - 0:8.
Qeyd edək ki, bu gün 63 kq-da Murad Məmmədov da yarımfinala adlayıb.
17:15
Azərbaycan yunan-Roma güləşçisi Murad Məmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
Oxu.Az xəbər verir ki, 63 kq çəki dərəcəsində yarışan idmançımız 1/8 finalda Xavyer Consona (ABŞ) - 3:1. O, 1/4 finalda ermənistanlı Hraçya Poqosyanla qarşılaşıb. Rəqibini 3:1 hesabı ilə məğlub edən güləşçimiz yarımfinala yüksəlib.
10:14
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.
Millinin heyətində Murad Məmmədov, Həsrət Cəfərov və İslam Abbasov yarışacaqlar.
63 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədovun 1/8 finaldakı rəqibi hələlik bəlli deyil.
Digər iki güləşçi həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaq. Həsrət Cəfərov (67 kq) 1/16 finalda Edsson Qutyerreslə (Meksika), İslam Abbasov (87 kq) isə təsnifatda Viorel Burduya (Rumıniya) ilə qarşılaşacaq.
Qeyd edək ki, ötən gün digər yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar. Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanmaqla yanaşı, olimpiadaya lisenziya əldə edib.
"Güləş" teqi üzrə xəbərlər
- Azərbaycan millisinin sabiq güləşçisi dördillik diskvalifikasiya olunub
- Beş il öncə karyerasını başa vuran güləşçi yenidən xalça üzərinə qayıdır
- Güləşçimiz qızıl medal qazandı
- "Ustadına əhsən!" - Olimpiya mükafatçısı Həsrət Cəfərovdan master-klas
- Erməni güləşçi türkiyəli rəqibini təxribata çəkdi: Döşəkdə dava düşdü
Rəylər