Rusiyalı döyüşçü Usman Nurməhəmmədov gürcüstanlı Merab Dvalişviliyə hücum etdiyinə görə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Cinayət və Cəzalar haqqında Federal Qanununun 390-cı maddəsinə əsasən bir ilə qədər azadlıqdan məhrumetmə və ya təxminən 2 700 dollar məbləğində cərimələnə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Home of Fight" nəşrinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Dvalişvili hüquq-mühafizə orqanlarına rəsmi şikayət etməsə belə, yayılmış videomateriallar sözügedən maddənin tətbiqi üçün kifayət edən əsas kimi qəbul oluna bilər.
Qeyd edək ki, noyabrın 11-də Dvalişvili sosial şəbəkə hesablarında Nurməhəmmədov və onun dostları tərəfindən döyüldüyünü bildirmişdi. Daha sonra internetdə hadisəni əks etdirən videogörüntülər yayılıb: orada Nurməhəmmədovun müsahibə verən Dvalişviliyə yaxınlaşaraq ona zərbə endirdiyi əks olunur. Videonun davamında isə kütləvi davanın başladığı görünür.
Xatırladaq ki, oktyabrın 24-də gürcü idmançı UFC-nin ən yüngül çəki dərəcəsində çempionluq kəməri uğrunda döyüşdə Pyotr Yana məğlub olub. Rusiyalı idmançıya məxsus kəmər uğrunda qarşılaşma Əbu-Dabidəki "Etihad" arenasında baş tutub və beş raundun yekununa əsasən hakimlərin yekdil qərarı ilə Yanın qələbəsi ilə başa çatıb. Nəticədə, rusiyalı döyüşçü karyerasında ilk dəfə olaraq ən yüngül çəkidə UFC kəmərini qoruya bilib.