Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hakan Çalhanoğlu yeddi il sonra ilk dəfə penaltidən fərqlənə bilmədi
"İnter"in türkiyəli futbolçusu Hakan Çalhanoğlu İtaliya klubunda ilk dəfə penaltidən fərqlənə bilməyib.
Oxu.Az xəbər verir ki, o, İtaliya A seriyasının 12-ci turunda "Napoli"yə qarşı oyunun 74-cü dəqiqəsində 11 metrlik cərimə zərbəsini qaçırıb.
Hakan bundan əvvəl son dəfə klub karyerasında "Bayer Leverkuzen"də oynadığı zaman - 2016-2017 mövsümündə "Leypziq"lə matçda penaltini dəqiq yerinə yetirə bilməyib.
Qeyd edək ki, "İnter" - "Napoli" matçı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Penaltidən fərqlənə bilməyən Çalhanoğlu 43-cü dəqiqədə bərabərlik qolunu vurub.
"Hakan Çalhanoğlu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar