Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Hakimi təhqir edən klub rəsmisi cəzalandırıldı
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) U-15 Liqasında çıxış edən "Asta" klubunun rəsmisi Rüstəm Əliyev 5 oyunluq cəzalandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Buna klub rəsmisinin oktyabrın 27-də baş tutan "Şamaxı" ilə oyunun 80-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılması səbəb olub.
Bundan başqa, sözügedən matç bitdikdən sonra "Asta"nın rəsmiləri və futbolçuları təhqiredici ifadələrdən və jestlərdən istifadə etdikləri üçün kluba ciddi xəbərdarlıq olunub.
"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- Fernandu Santuş milli komandadan ayrılır?
- AFFA Fernandu Santuşun millidəki gələcəyi ilə bağlı qərar verəcək
- "Qarabağ" klubunun məşqçisi Rauf Əliyev təhqir və təhdidə görə cəzalandırılıb
- Azarkeşlər "Neftçi" və "Turan Tovuz"u ziyana salıblar
- Hakimləri təhqir edən Azərbaycan klubunun məşqçisinə AĞIR CƏZA
Ən çox oxunanlar
Rəylər