"Barselona"nın baş məşqçisi Hansi Flik məşqə gecikən futbolçularına əsəbiləşib.
Oxu.Az "El Chiringuito"ya istinadən xəbər verir ki, buna səbəb altı oyunçunun "İnter"lə oyun öncəsi son məşqə gecikməsi olub.
Belə ki, Kataloniya təmsilçisinin futbolçuları Lamin Yamal, Fermin Lopes, Qavi, Ansu Fati, İnyiqo Martines və Ronald Arauxo məşqə gecikiblər. Bu da mütəxəssisin narazılığına səbəb olub.
Alman baş məşqçinin hazırlıq üçün meydançaya gec gələn oyunçulara narazılığını ifadə etməsi görüntülərə də əks olunub.