Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şirvanda xuliqanlıq edən qazi saxlanılıb
Şirvan şəhərində narkotik vasitənin təsiri altında avtomobillə xuliqanlıq hərəkətləri törədən qazi, 22 yaşlı Heydər Gülmalıyev polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Heydər Gülmalıyev "Azsamand" markalı avtomobillə dövlət qeydiyyat nişanı olmadan şəhər ərazisində ictimai qaydanı kobud surətdə pozaraq, vətəndaşların həyat və sağlamlığına real təhlükə yaratmaqla, təhlükəli manevrlərlə ayrı-ayrı şəxslərə məxsus bir neçə nəqliyyat vasitəsinə zərər vuraraq qərəzli hərəkətlər törətməkdə təqsirləndirilir.
Törətdiyi hərəkətlərinə görə saxlanılan H.Gülmalıyev barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Əzizə İsmayılova
"Xuliqanlıq əməli" teqi üzrə xəbərlər
- Bakıda sərxoş sərnişin avtobus şüşəsini sındırdı – Sürücü hadisənin detallarını AÇIQLADI
- Qaxda prokurorluq qarşısında xuliqanlıq əməli törədən 23 yaşlı sərxoş gənc həbs edildi
- Sabirabadda toyda dava salan gənclər saxlanıldılar
- Kişi arvadını və intim əlaqədə olduğu ustanı öldürdü - Cinayətin TƏFƏRRÜATI
- Bakıda avtobus sürücüsü sərnişini boğmağa çalışıb