Henrix Mxitaryan Bakıya gəlməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu “The Sun” nəşri yazıb.
Nəşr futbolçunun özünün bu qərara gəldiyini vurğulayıb.
O da qeyd olunub ki, Azərbaycan hökuməti 2015-ci ildə olduğu kimi, erməni futbolçunun Bakıya gəlməsi üçün qanunda istisnalara icazə verib. Lakin üç il əvvəl olduğu kimi, Mxitaryan Bakıya gəlməkdən vaz keçib.
Qeyd edək ki, Henrix Mxitaryan iki dəfə Azərbaycan ərazisi sayılan Dağlıq Qarabağa səfər edib. Bununla belə, onun adı Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxsləri siyahısında deyil.
15:11
İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməyəcəyi dəqiqləşmək üzrədir.
Oxu.Az xəbər verir ki, bu haqda ESPN-in “Arsenal” üzrə erməni əsilli jurnalisti Matias Karen yazıb.
Mənbə ona xəbər verib ki, Mxitaryan Bakıya getmək istəmir:
“Henrix Mxitaryan və ailəsi Azərbaycana getməyin əleyhinədir. Klub da onların bu qərarına hörmətlə yanaşır. Əgər “Arsenal” Bakıda keçiriləcək Avropa Liqasının finalına çıxsa, Mxitaryanın Azərbaycana getmək məsələsi yenidən müzakirə olunacaq”.
Xatırladaq ki, “Qarabağ” – “Arsenal” görüşü oktyabrın 4-də Bakı Olimpiya Stadionunda gerçəkləşəcək. London komandası Bakıya görüşdən bir gün əvvəl gələcək.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər