“Oyun gözlədiyimiz kimi keçdi. Məncə, yaxşı oyun alındı".
Oxu.Az xəbər verir ki, bunu Finlandiyanın HİK komandasının baş məşqçisi Toni Koskela deyib.
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Neftçi” - HİK (Finlandiya) oyunundan (2:2) sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi fikirlərini bildirib:
“Neftçi” “Olimpiakos”a qarşı necə oynamışdısa, bizə qarşı da elə oynadı. Ümid edirdim ki, heç qol buraxmayacağıq. İlk 25-30 dəqiqədə yaxşı oynadıq. Ancaq bundan sonra yorğunluq öz sözünü dedi, iki qol buraxdıq.
2:2 hesabı bizim üçün qənaətbəxş nəticədir. Çünki cavab oyunu Helsinkidə, bizim öyrəşdiyimiz süni örtüklü meydançada keçiriləcək”.
Səbuhi Musayev