Hollandiyanın “AZ Alkmaar” klubunun yarımmüdafiəçisi Usama İdrisi ölkə çempionatının 19-cu turu çərçivəsində “Herenven”lə oyunda baxımlı qola imza atıb.
Oxu.Az-ın məlumatına görə, futbolçu birbaşa künc zərbəsindən fərqlənib.
Oyunun 78-ci dəqiqəsində qonaqlar künc zərbəsi vurmaq imkanı əldə ediblər. Ev sahibi komandasının müdafiəçiləri və qapıçı topun ötürüləcəyini gözləsələr də, İdrisi anidən topu qapıya vurub. Zərbə uğurlu alınıb və o, “Herenven”in qapıçısı üçün gözlənilməz olub.
Qarşılaşma “AZ Alkmar”ın 2-0 hesablı qələbəsi ilə başa çatıb.