İspaniya La Liqasında 21-ci turun “Jirona” – “Barselona” oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, iki Kataloniya təmsilçisinin oyununda favorit olan “Barselona” süprizə imkan verməyib.
Qonaqlar derbidə 0:2 hesabı ilə qələbə qazanıblar. Oyunda hesab 9-cu dəqiqədə Nelson Semedonun qolu ilə açılıb.
68-ci dəqiqədə Jordi Albanın ötürməsini argentinalı ulduz Lionel Messi qola çevirib. Oyunun qalan dəqiqələrində qol vurulmayıb.
Bu qələbə sayəsində liderliyini möhkəmləndirən “Barselona” ən yaxın izləyicisi olan Madridin “Atletiko” klubu ilə xal fərqini 5-ə çatdırıb.