İŞİD terror qruplaşmasının 40-dək başçısı Əfqanıstanda həbsxanadan qaçırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
İddia olunur ki, İŞİD-çilərin həbsxanadan qaçmasına ABŞ hərbçilərinin məxfi əməliyyatı kömək edib.
Amerikalı xüsusi təyinatlıların həbsxanaya basqın etdiyi və mühafizəçiləri qətlə yetirdiyi bildirilir. Bundan sonra İŞİD-çilər helikopterlər vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.
Hadisə iki həftə əvvəl Əfqanıstanın Badqis əyalətində baş verib. Əyalət şurası rəhbərinin müavini Abdulla Əfzəli məlumatı təsdiq edib.