Litva millisinin və Albaniyanın "Vora" klubunun hücumçusu Manfredas Ruzgis "Qarabağ"a keçə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Litva mətbuatı məlumat yayıb.
Bildirilib ki, Ağdam klubu forvardla artıq razılıq əldə edib. Azərbaycan təmsilçisi həm Ruzgisə yaxşı maaş təklif edib, həm də onun klubuna təzminat ödəməyə hazırdır.
Transferin mövsüm bitdikdən sonra açıqlanacağı deyilir.