Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Husilərdən İsrailin Ben-Qurion hava limanına ikinci RAKET ZƏRBƏSİ
Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər Təl-Əvivdəki Ben-Qurion hava limanına gün ərzində ikinci raket zərbəsi endiriblər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə husilərin nümayəndəsi Yəhya Saria bildirib.
O qeyd edib ki, hava limanına hərbi əməliyyat hipersəs ballistik raketin istifadəsi ilə həyata keçirilib.
Yəmənin üsyançı "Ənsar Allah" hərəkatından olan husilər Təl-Əvivdəki Ben-Qurion hava limanına ballistik raketlə zərbə endiriblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə üsyançıların formalaşdırdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria "Al Masirah" televiziya kanalının efirində xəbər verib.
O bildirib ki, hava limanına "Zülfiqar" ballistik raketi ilə hücum edilib.