Bakı 2015 I Avropa Oyunları çərçivəsində Azərbaycanda çox məşhur idman növü olan boks və güləş yarışlarında iştirak edəcək idmançıların sayı və yarışın keçiriləcəyi vaxt və yer müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Bakı 2015 I Avropa Oyunlarında ümumilikdə 20 idman növü təmsil olunacaq: 16 Olimpiya idman növü və 4 qeyri-olimpiya idman növü.
Belə ki, Azərbaycanda ən məşhur təkbətək idman növü olan güləş Avropa Oyunlarının ən əhəmiyyətli yarışı olacaq və 13 iyun Heydər Əliyev Arenasında 7800 tamaşaçı qarşısında keçiriləcək.
Ümumilikdə 24 çəki kateqoriyasının olması yarış günlərinin gərgin keçəcəyini göstərir. Altı güləş yarışları günlərində bir neçə medal qazanılacaq. Güləşin həm sərbəst, həm də Yunan-Roma növləri üzrə keçirilən yarışlarında 480 idmançıya coşqun kütlə qarşısında Avropa çempionu adını qazanmaq şansı yaradılacaq.
Güləş üzrə Rio 2016-ya gedən kvalifikasiya yolunun birinci mərhələsi olaraq Avropa idmançıları və Milli Olimpiya Komitələri Bakı 2015 Avropa Oyunlarında iştirak etməlidirlər.
Azərbaycanda çox məşhur idman növü olan boks yarışları 296 idmançının iştirakı ilə 12 gün ərzində keçiriləcək və bu yarışlarda 15 medal qazanmaq fürsəti olacaq. Yarış 16 iyun Crystal Hall-da keçiriləcək.
Kişilər arasında 10, qadınlar arasında 5 çəki kateqoriyasında mübarizə təşkil olunacaq ki, bu da əsas boks turnirində ilk dəfə olaraq qadınlar üçün ənənəvi üç çəkidən artıq çəkilərin iştirakı deməkdir.
Boks idmançılar üçün Rio 2016 Olimpiya Oyunlarına kvalifikasiya qazanmaq şansı yaradacaq. Kişilər arasında 10 çəki kateqoriyasının hər birində 3 medal qazanan idmançılar AIBA 2015 Dünya Boks Çempionatında iştirak hüququ qazanacaqlar. Həmin yarışda ən yüksək reytinqli boksçular öz Milli Olimpiya Komitələri üçün Rio 2016-ya kvota yeri qazanacaq.
Elvin Əhmədov
www.oxu.az