İsveçli futbolçu Zlatan İbrahimoviç “Milan”dakı gələcəyi və şəxsi həyatı ilə bağlı açıqlama verib.
Bu barədə “Corriere della Sera” məlumat yayıb.
Ulduz futbolçu futbol oynamaq arzusu ilə yanaşı ailəsindən uzaqda yaşamağın çətinliklərini də dilə gətirib.
“Artıq İsveçdə yaşayan ailəmlə olmaq istəyirəm, onlar üçün çox darıxıram. Yorulmuşam və artıq çətinliklə tab gətirirəm. Pioli məni “İsveçdə 2 uşağın var, amma burada 25 uşağın sənə ehtiyacı var” deyərək razı salır. Mən də 25 uşağım üçün “Milan”dayam”, - deyə Z.İbrahimoviç bildirib.