Futbol üzrə İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç “Milan”dan ayrıla və Stokholmun “Hammarbü” klubuna gedə bilər.
Vesti.ru xəbər verir ki, İbrahimoviç sözügedən klubun sahiblərindən biridir.
Onun “Milan”la müqaviləsi iyulun 1-də başa çatır. Tərəflər müqaviləni uzatmağa razı olmasa, 38 yaşlı futbolçu azad agent olacaq. Hələlik Zlatanın “Milan”la danışıqları dalana dirənib. Zədə səbəbindən hücumçu meydançaya çıxa bilmir.
Koronavirus pandemiyası zamanı Z.İbrahimoviçin “Hammarbü”nün heyətində məşq etdiyi qeyd olunur.