Macarıstanın Eger şəhərində paralimpiyaçılar arasında cüdo üzrə Avropa çempionatı keçirilir.
Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, yarışda ölkəmizi təmsilən edən paralimpiyaçılar üç medal qazanıblar.
Bildirilir ki, Ramil Qasımov və Bayram Mustafayev bütün rəqiblərinə qalib gələrək çempion olublar və qızıl medal qazanıblar.
Daha bir medalı üçüncü yeri tutmuş Elçin Talıbov qazanıb.
Qeyd edək ki, yarışda ölkəmizi 10 idmançı təmsil edir. Onlardan beşi belə mühüm tədbirə ilk dəfədir ki, qatılıblar. Egerdəki çempionat dekabrın 6-dək davam edəcək.