Azərbaycanın Paralimpiya komandasının Tokio Paralimpiya Oyunlarında istifadə edəcəyi formalar nümayiş olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, komandamız açılış və bağlanış mərasimində açıq göy formalardan istifadə edəcək.
İdmançılarımızın geyim dəstləri arasında üzərində “SOCAR Polymer” yazılmış qırmızı formalar da olacaq.
Qeyd edək ki, Paralimpiya Oyunları 24 avqust - 5 sentyabr tarixlərində keçiriləcək.
Səbuhi Musayev