Azərbaycan qılıncoynadanı Mirnuray Abasova III MDB Oyunlarında bürünc medal qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, şpaqa növündə mübarizə aparan idmançı yarımfinalda Rusiya təmsilçisi Anastasiya Zabelinaya (14:15) məğlub olub.
Bununla da idmançımız fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, qılıncoynatma üzrə yarışlar Gəncə İdman Sarayında keçirilir.