Biləsuvar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən sürücünün kimliyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü, Cəlilabad rayon sakini 1986-cı il təvəllüdlü Mahir Abuşov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda baş verib.
Yolda hərəkətdə olan VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən qarşı hərəkət zolağında olan "Mercedes" markalı maşınla toqquşub.
Hadisə nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli