Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İkiqat dünya çempionu Bakıya gəlir
Futbol üzrə dünya çempionatının ikiqat sahibi Kafu sentyabrın 26-da “Boulevard Hotel”də Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanması mərasimində iştirak edəcək.
Oxu.Az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Kafu XOH-nın dünya üzrə yeni səfiri olaraq ictimaiyyətə təqdim ediləcək.
Bunun üçün Bakıda xüsusi imzalanma mərasimi keçiriləcək. Bir gün sonra Gənclər və İdman naziri Azad Rəhimov ilə XOH lideri Devid Evanqelista arasında bəyannamə imzalanacaq.
Qeyd edək ki, Azərbaycan 25 ildir ki, XOH-nın üzvüdür. 1990-cı ildə əsası qoyulan Azərbaycan XOH-nın bu gün müxtəlif yarışlara qatılan 5 minə yaxın idmançısı var.
Səbuhi MUSAYEV
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
Rəylər