Bakıda ilk Avropa Oyunlarının geridə qalmış 14 gününün yekunlarına görə, Azərbaycan medal sayına görə ikincidir.
Oxu.Az xəbər verir ki, yığmamızın üzvləri bu gün 1 qızıl, 2 gümüş və 3 bürünc əldə edib. Bununla, millimizin aktivindəki medalların sayı 46-ya çatıb.
İdmançılarımız 15 qızıl, 13 gümüş və 18 bürünc medal qazanıblar. Bu nəticə ilə millimiz qeyri-rəsmi komanda hesabında 2-ci pillədəki mövqeyini qoruyur.
Reytinq cədvəlinə əvvəlki kimi Rusiya başçılıq edir - bu ölkənin idmançıları 59 qızıl, 32 gümüş və 32 bürünc medala yiyələniblər.
Üçüncü yerdə isə dəyişiklik olub. 14 qızıl, 6 gümüş və 14 bürünc medala yiyələnən Böyük Britaniya Almaniyanı keçərək üçüncü sırada qərarlaşıb.
