UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, dördüncü turun son oyun günündə 10 matç baş tutub.
Turun maraqla gözlənilən görüşlərindən biri A Liqasının III qrupunda İngiltərə və Çexiya milliləri arasında keçirilib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
27-ci dəqiqədə Vladimir Tsoufal avtoqol müəllifi olaraq İngiltərəni hesabda önə keçirib. Ardınca Harri Keyn dubla (40 və 57-ci dəqiqələr) imza ataraq yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra İngiltərə millisi qrupda keçirdiyi dörd oyunda 9 xal toplayıb. Çexiya yığmasının hesabında isə xal yoxdur.
Günün digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb:
A Liqası, III qrup
B Liqası, I qrup
Şotlandiya - Sloveniya - 1:2;
İsveçrə - Şimali Makedoniya - 3:0.
C Liqası, I qrup
Albaniya - San-Marino - 2:1;
Belarus - Finlandiya - 1:0.
C Liqası, III qrup
Qazaxıstan - Farer adaları - 2:2;
Moldova - Slovakiya - 0:4.
C Liqası, IV qrup
Estoniya - İslandiya - 0:0;
Lüksemburq - Bolqarıstan - 0:2.