İngiltərə Federasiya Kubokunun yarımfinal mərhələsinin püşkü atılıb.
Oxu.Az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Püşkatmanın nəticələrinə əsasən, "Çelsi" klubu yarımfinalda "Lids Yunayted" ilə üz-üzə gələcək. Digər cütlükdə isə "Mançester Siti" komandası "Sauthempton"la qüvvəsini sınayacaq.
Turnirin bu mərhələsinin oyunları aprelin 25-i və 26-da "Uembli" stadionunda keçiriləcək.