Bu gün UEFA Avropa Liqasında “Qarabağ” London səfərində “Arsenal”ın qonağı olacaq.
Oxu.Az xəbər verir ki, artıq “topçular”ın ispaniyalı baş məşqçisi Unai Emeri artıq dünən keçirilən mətbuat konfransında start heyətdə uzun müddətli zədədən qayıtmış kapitan Loran Kosyelninin start heyətdə olacağını açıqlayıb.
Zədədən qayıtmış digər futbolçu Məsut Özilin isə bu matçın “18-liy”ində olacağı bildirilib. Əvvəldən müdafiəçilər – Konstantinos Mavropanos, Rob Holdinq, Şkodran Mustafi və hücumçu Dəni Uelbekin, eləcə də yenicə məşqlərə qatılmış Aaron Remzinin oynamayacağı bəlli idi.
Ümumiyyətlə, “Qarabağ”a qarşı oyunda “18-liy”ə daxil edilə biləcək “24-lük”də bu futbolçular yer alır: Bernd Leno, Emiliano Martines, Petr Çex, Ektor Belyerin, Karl Cenkinson, Stefan Lixtştayner, Loran Kosyelni, Sokratis Papastatopulos, Zeç Medli, Naço Monreal, Sead Kolaşinats, Qranit Caka, Məhəmməd Enneni, Çarli Qilmur, Lukas Toreyra, Co Uilok, Eynsli Meytlənd-Naylz, Mateo Qenduzi, Aaron Remzi, Emil Smit Rouv, Aleks İvobi, Məsut Özil, Henrix Mxitaryan, Aleksandr Lakazet, Pyer-Emerik Obameyanq, Bukayo Saka, Edi Nketia.
Lakin bu futbolçulardan “Qarabağ”la ilk görüşdə fərqlənməklə “Arsenal”da ilk qolunu vurmuş Emil Smit Rouvun oynamayacağı deyilir. Çünki bu futbolçu son məşqlərdən birində zədə alıb.
İngilis jurnalistlərin fikrincə, bu gün start heyətdə Henrix Mxitaryan da olacaq. 4-3-3 sxemi ilə meydanda olacaq start heyətinin bu futbolçulardan təşkil ediləcəyi gözlənilir:
Çex – Cenkinson, Kosyelni, Medli, Meytlənd-Naylz – Enneni, Uilok, Özil – Mxitaryan, Nketia, Saka.
Səbuhi MUSAYEV
www.oxu.az
Oxu.Az yeniləndi!
ANDROID əməliyyat sistemli smartfonlar
iOS əməliyyat sistemli smartfonlar