İngiltərənin "Mançester Yunayted" klubu "Napoli"nin "Qalatasaray"da icarə əsasında çıxış edən nigeriyalı hücumçusu Viktor Osimhenin keçidindən imtina edib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, buna səbəb "Mançester Yunayted" rəsmilərinin isveçli hücumçu Viktor Qyökereşi transfer etmək istəmələridir.
Viktor Osimhen üçün isə indi "Yuventus" təklif göndərməyə hazırlaşır.
Qeyd edək ki, "Napoli" Viktor Osimhen üçün 75 milyon avro tələb edir.