Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![İngiltərə Kuboku: 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib](https://images.oxu.az/2025/02/11/hPSTJ60NqLUlfHLAoHoUpkdUYmJCGg4ysysZ8SML:1200.jpg)
İngiltərə Kuboku: 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib
İngiltərə kubokunda 1/8 final mərhələsinin püşkatması keçirilib.
Oxu.Az xəbər verir ki, "Mançester Siti"nin rəqibi "Plimut" olub.
"Şəhərlilər"in rəqibi Çempionşipdə autsayder mövqeyində qərarlaşır və ötən mərhələdə sürprizə imza ataraq, "Liverpul"u mübarizədən kənarlaşdırıb.
Kubokun hazırkı sahibi "Mançester Yunayted" "Fulhem"lə qüvvəsini sınayacaq.
1/8 finalın oyunları martın 1-də keçiriləcək.
İngiltərə kuboku
1/8 final
"Aston Villa" - "Kardiff Siti"
"Preston" - "Börnli"
"Donkaster" - "Kristal Pelas" cütünün qalibi - "Milluol"
"Mançester Yunayted" - "Fulhem"
"Nyukasl Yunayted" - "Brayton"
"Bornmut" - "Vulverhempton"
"Mançester Siti" - "Plimut"
"Ekseter" - "Nottingem Forest" cütünün qalibi - "İpsviç"
Rəylər