Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Tramp iki məhsula gömrük rüsumları tətbiq etdi](https://images.oxu.az/2025/02/11/nXqkaKtUx4k7k1b43lb8i2NREA2P0AbDrKFGfFpy:1200.webp)
Tramp iki məhsula gömrük rüsumları tətbiq etdi
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi xaricdən ölkəyə polad və alüminiumun idxalına 25% həcmində gömrük rüsumu tətbiq etməyi tapşırıb.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin fəaliyyətini işıqlandıran jurnalist bildirib.
Onun söylədiyinə görə, Amerika lideri müvafiq fərman imzalayıb. D.Tramp yeni rüsumların Avstraliyaya tətbiq edilməməsinin istisna olmadığını vurğulayıb.
Ağ Ev rəhbəri sənədləri imzalayarkən bildirib: "Bu, böyük işdir – Amerikanı yenidən zəngin edirik".
Xatırladaq ki, D.Tramp polad və alüminiuma rüsumlar tətbiq etmək planı barədə hələ fevralın 9-da bəyan etmişdi.