Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Tapılması üçün 10 milyon mükafat vəd edilən hindistanlı turistin qalıqları Zaqatalada aşkarlandı](https://images.oxu.az/2025/02/11/YzvT0fiE9ziRkiWDPHHb2UdAkhFIdCcesGy3Uou7:1200.jpg)
Tapılması üçün 10 milyon mükafat vəd edilən hindistanlı turistin qalıqları Zaqatalada aşkarlandı
2022-ci ilin may ayında Zaqatala rayonu ərazisində itkin düşmüş 1993-cü il təvəllüdlü Hindistan Respublikası vətəndaşı Manikanth Kondaveetin qalıqları tapılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ona məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsus çanta, bank kartları, mobil telefon və digər əşyalar rayonun Car kəndi yaxınlığında Şamilovka meşə massivində aşkar edilib.
Meyiti qalıqları və tapılan əşyalar müvafiq ekspertizalar keçirilməsi üçün aidiyyəti üzrə Zaqatala Rayon Prokurorluğuna təqdim olunub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qardaşı Kondaveeti tapana 10 milyon rupi (hazırkı məzənnə ilə təxminən 195 min manat) bəxşiş vəd etmişdi.
Samir İsayev
Mövzuya aid xəbərlər
- Zaqatalada itən hindistanlı turistin axtarışları Dağıstanda davam etdirilir
- Zaqatalada itkin düşən Hindistan vətəndaşının axtarışına təlim keçmiş itlər cəlb olundu - FOTO/VİDEO
- Hindistanlı turistin itdiyi dağdan görüntülər: Ərazi ayılarla doludur - VİDEO
- FHN Zaqatala dağlarında itkin düşən hindistanlı turistlə bağlı məlumat yaydı - FOTO/VİDEO
Rəylər