Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Zaqatalada itən hindistanlı turistin axtarışları Dağıstanda davam etdirilir](https://images.oxu.az/2023/11/24/14/08/26/f28c3255-f8e0-42b0-8981-8b782ffbf085/FotoJet - 2022-06-16T125410.987:1200.jpg)
Zaqatalada itən hindistanlı turistin axtarışları Dağıstanda davam etdirilir
2022-ci ildə Zaqatalada yüksək dağlıq ərazidə itkin düşən hindistanlı turistin axtarışları Rusiya ərazisində davam etdirilir.
APA-nın şimal-qərb bürosunun əldə etdiyi məlumata görə, bu barədə itkin düşən Manikanth Kondaveetinin valideynləri məlumat veriblər.
Məlumata görə, 1993-cü il təvəllüdlü Hindistan vətəndaşı Manikanth Kondaveetinin axtarışlarına Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. Hazırda axtarışlar Azərbaycan-Rusiya sərhədinin əks tərəfində, Dağıstan ərazisində gedir.
Qeyd edək ki, Hindistan vətəndaşı Manikanth Kondaveetin 2022-ci ilin may ayının 12-də Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissəsinin yüksək dağlıq meşəlik ərazisində itkin düşüb. Azərbaycan ərazisində onunla bağlı uzun müddət axtarışlar aparılıb.
Rəylər