İngiltərə Futbol Federasiyasının rəsmiləri Qaret Sautqeytlə yola davam etmək istədiklərini bildiriblər.
Məlumata görə, bu barədə federasiyanın mətbuat xidməti xəbər yayıb.
Xəbərdə bildirilib ki, federasiya baş məşqçinin işindən razı olduğu üçün təcrübəli mütəxəssislə 2026-cı ilədək yeni müqavilə imzalanıb.
Qeyd edək ki, İngiltərə millisi iyul ayının 15-də keçiriləcək AVRO-2024-ün final görüşündə İspaniya seçməsi ilə üz-üzə gələcək.