İngiltərə Premyer Liqasının 10-cu turu çərçivəsində "Liverpul" - "Aston Villa" matçı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, görüşdə ev sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar.
Məhəmməd Salah 45+1-ci dəqiqədə hesabı açıb, Rayan Qravenberx 58-ci dəqiqədə ikinci qolu vurub.
Bu oyundan sonra "Liverpul" 18 xalla turnir cədvəlində üçüncü yerdə qərarlaşıb, "Aston Villa" isə 15 xalla 11-ci sıradadır.