İranın Şiraz şəhərində maye qazdoldurma zavodunda partlayış baş verib.
Oxu.Az İran KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində güclü yanğın baş verib.
Hadisə nəticəsində doqquz nəfər xəsarət alıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib.
Yanğının səbəbi araşdırılır.