İngiltərə Premyer Liqasının 20-ci turunda "Mançester Siti" doğma azarkeşləri önündə "Çelsi"ni qəbul edib.
Oxu.Az xəbər verir ki, hesab 1-1 olub.
"Şəhərlilər"dən Teyani Reynders 42-ci dəqiqədə hesabı açıb. Lakin Enzo Fernandes 90+4-cü dəqiqədə "Çelsi"nin bərabərlik qolunu vurub.
Bu oyundan sonra "Mançester Siti" Premyer Liqanın turnir cədvəlində 42 xalla ikinci, "Çelsi" isə 31 xalla beşinci yerdədir.