İngiltərə Premyer Liqasında 34-cü turun "Mançester Yunayted" - "Brentford" matçı keçirilib.
Oxu.Az xəbər verir ki, görüş "qırmızı şeytanlar"ın qələbəsi ilə yekunlaşıb - 2:1.
Mançester təmsilçisinə qələbə gətirən qolları Kazemiro və Benyamin Şeşko vurublar. Qonaqlardan isə Matias Yensen fərqlənib.
Bu nəticə ilə Maykl Karrikin yetirmələri xal ehtiyalarını 61-ə çatdıraraq üçüncü yerdəki mövqelərini möhkəmləndiriblər.
34 oyundan 73 xal toplayan "Arsenal" turnir cədvəlinə liderlik edir. Bir oyun az keçirmiş "Mançester Siti" 70 xalla ikinci pillədə qərarlaşıb.
Qaynar xətt:
(055) 224 12 12