ABŞ Prezidenti Donald Tramp Almaniya Kansleri Fridrix Mertsin İranın nüvə proqramı ilə bağlı mövqeyini sərt tənqid edib.
Oxu.Az xəbər verir ki, bu barədə Tramp "Truth Social" platformasında yazıb.
"Almaniya Kansleri Fridrix Merts İranın nüvə silahına malik olmasını məqbul hesab edir. O, nə danışdığını ümumiyyətlə anlamır!" - deyə ABŞ lideri bildirib.
Trampın sözlərinə görə, İranın nüvə silahına sahib olması dünya üçün ciddi risklər yarada bilər. O, həmçinin Almaniyanı iqtisadi və digər sahələrdə zəif göstəricilərə görə də tənqid edib.
Qaynar xətt:
(055) 224 12 12