İngiltərə Premyer Liqasının (İPL) 2026/27 mövsümünə "Arsenal" - "Koventri Siti" matçı ilə start verilib.
Oxu.Az xəbər verir ki, İPL-nın açılış oyununda son çempion "topçular" inamlı qələbə qazanıblar - 3:0.
Frenk Lempardın çalışdırdığı "Koventri Siti"nin qapısından topları Kay Haverts (15-ci dəqiqə), Bukayo Saka (23) və Martin Edeqor (49) keçiriblər.
Qeyd edək ki, "Koventri Siti" 25 illik fasilədən sonra yenidən Premyer Liqada mübarizəyə qoşulub.
Qaynar xətt:
(055) 224 12 12