ABŞ Ali Məhkəməsi Prezident Donald Tramp administrasiyasına Ağ Ev ərazisində yeni banket zalının tikintisini müvəqqəti olaraq davam etdirməyə icazə verib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Ali Məhkəmənin qərarına əsasən, Kolumbiya dairəsi federal məhkəməsinin tikintinin müvəqqəti dayandırılması barədə qərarının qüvvəsi "sonrakı sərəncama qədər" dayandırılıb.
Vaşinqton administrasiyası tikinti işlərinə maneə yaradılmamasını istəyib. Buna səbəb kimi, digər məsələlərlə yanaşı, Prezident Trampın təhlükəsizliyinin təmin edilməsi zərurəti göstərilib. Ali Məhkəmənin bu qərarı yekun xarakter daşımır. İş üzrə məhkəmə prosesi davam edir.
Kolumbiya dairəsi federal məhkəməsi daha əvvəl banket zalının tikintisinin Konqresdən müvafiq icazə alınanadək qismən dayandırılmasına qərar vermişdi.
Qeyd edək ki, Ağ Ev ərazisində yeni banket zalının tikintisi ilə bağlı planlar rəsmi olaraq 2025-ci ilin iyul ayının sonunda açıqlanıb.