Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İngiltərə Premyer Liqası: "Arsenal" yeni ilin ilk günündə qələbə qazandı
İngiltərə Premyer Liqasında 19-cu turun son qarşılaşmasında "Arsenal" "Brentford"un qonağı olub.
Oxu.Az xəbər verir ki, Londonun "Brentford" stadionunda keçirilən matç "topçular"ın 1:3 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 13-cü dəqiqədə ev sahibləri açsalar da, "Arsenal" Qabriel Jezus, Merino və Martinellinin qolları ilə qələbəni təmin edib.
Bu görüşdən sonra "Arsenal" 39 xalla turnir cədvəlində ikinci pilləyə yüksəlib. "Brentford" isə 24 xalla 12-ci yerdədir. Turnir cədvəlinə 45 xalla "Liverpul" başçılıq edir.
Bu gün İngiltərə Premyer Liqasında yeni ilin ilk, 19-cu turunun son qarşılaşması keçiriləcək.
Oxu.Az xəbər verir ki, "Brentford" doğma meydanda "Arsenal"ı qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə 21:30-da başlayacaq.
"Arsenal" bu görüşdə qələbə qazanarsa, turnir cədvəlində ikinci pilləyə yüksələcək.