Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ağdaşda baş vermiş bədbəxt hadisənin DETALLARI
Ağdaşda baş vermiş bədbəxt hadisənin detalları məlum olub.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, rayonun Kamran Kərimov küçəsi, ev 20 ünvanında yaşayan 55 yaşlı Könül Cəfərova hamam otağında dəm qazından boğulub.
Qadın evdə tək olduğundan yaxınları hadisədən gec xəbər tutublar.
"Fövqəladə Hallar Nazirliyi (FHN), Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları gəldilər, otaqlara baxdılar, gördülər ki, Könül yoxdur. Hamamın qapısını açanda gördük ki, orada zəhərlənərək ölüb", - mərhumun qonşusu söyləyib.
Meyit araşdırılması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı süjetdə:

"Ağdaş rayonu" teqi üzrə xəbərlər
- Ağdaşda məktəblilər üçün böyük TƏHLÜKƏ: "Piyada nişanı var, xətti isə yoxdur"
- Ağdaşda 43 yaşlı qadın əməliyyatdan sonra ölüb
- Ağdaşda oğurluq və narkotik cinayətlərinə görə yeddi nəfər saxlanılıb
- Ağdaşda beş yaşlı uşağın həyatı termometrə görə təhlükəyə düşdü
- Ağdaşda iki yaşlı uşağın ölümünün DETALLARI MƏLUM OLDU