Ağdaşda 46 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
Oxu.Az "Unikal"a istinadən məlumat verir ki, hadisə Ağdaş şəhəri, Kamran Kərimov küçəsində baş verib.
Rayonun 1978-ci il təvəllüdlü sakini Könül Zahid qızı Cəfərova yaşadığı evdə dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.