İtaliya A Seriyasının 8-ci turu çərçivəsində "İnter" evdə "Fiorentina"nı qəbul edib.
Oxu.Az xəbər verir ki, "Cüzeppe Meatsa" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
65-ci dəqiqədə Alexandro Ximenes "Fiorentina"nı hesabda irəli çıxarıb. Lakin matçın sonuna əlavə olunmuş dəqiqələrdə "İnter" əsl xarakter nümayiş etdirib. 90+1-ci dəqiqədə Markus Türam tarazlığı bərpa edib - 1:1.
Matçın taleyini həll edən qol isə 90+8-ci dəqiqədə vurulub: Pyotr Zelinskinin dəqiq yerinə yetirdiyi penalti zərbəsi milanlılara qələbə qazandırıb.
Bu qələbədən sonra xallarının sayını 22-yə çatdıran "İnter" İtaliya çempionatının turnir cədvəlində birinci pilləyə yüksəlib. Cəmi 4 xalı olan "Fiorentina" isə 18-ci yerdə qərarlaşıb.