Bakının “İnter” futbol klubu doğma meydanında Avropa Liqasının II təsnifat mərhələsində “Elfsborq”a uduzaraq yarışdan kənarda qalıb.
Oxu.Az xəbər verir ki, oyun əsas və əlavə edilmiş vaxtı 0-1 hesabı ilə bitdiyindən qapılara penalti zərbələri təyin edildi.
Burda da qonaqların bəxti gətirdi və 4-3 hesabı ilə növbəti mərhələyə vəsiqə qazandı.