Futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Oxu.Az-ın xəbərinə görə, Bakının “İnter” klubu səfərdə Lüksemburqun “Fola” komandasına 4:1 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
Meydan sahiblərinin heyətində Samir Haci (20), Enis Saiti (31), Tom Laterza (59) və Sedrik Sarkas (90') fərqləniblər.
Paytaxt təmsilçisinin yeganə qolunu matçın 70-ci dəqiqəsində Pərdis Fərcad-Azad vurub.
Xatırladaq ki, Bakıda keçirilən ilk oyun “İnter”in minimal hesablı qələbəsi ilə yekunlaşmışdı.
S.B.
www.oxu.az